ABŞ Federal Ehtiyat Sistemi (Fed) səlahiyyətlilərinin proqnozlarını ehtiva edən nöqtəli qrafik ilin sonuna qədər növbəti faiz artımına işarə edərkən, qrafikdə gələn il iki 25 baz bəndlik faiz endiriminin proqnozlaşdırıldığına da diqqət çəkilib.
İki günlük Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasından sonra siyasət qərar mətnini açıqlayan FED ölkə iqtisadiyyatı ilə bağlı proqnozlarını da paylaşıb.
FED bu ilin sonu üçün federal fondların uçot dərəcəsi ilə bağlı proqnozunu 5,6 faiz səviyyəsində saxlayıb. Beləliklə, 5,25-5,50 faiz arasında sabit saxlanılan siyasət faiz dərəcəsinin növbəti artımı göstərilib.
Bankın iqtisadi proqnozları, FOMC rəsmilərinin FED-in noyabr və ya dekabr iclaslarında 25 bəndlik faiz artımına ehtiyac gördüklərini ortaya qoydu.
Fed-in 2024-cü il üçün federal fondlar dərəcəsi (orta dəyər) proqnozu 4,6 faizdən 5,1 faizə yüksəldilsə də, bu, rəsmilərin 2024-cü ildə iki dəfə 25 bəndlik faiz dərəcəsində azalma proqnozlaşdırdığını, lakin gözləniləndən daha az faiz endiriminin olacağını göstərib.