Trump Almaniyanın "Nord Stream-2" layihəsini tanıyıb.
"Kommersant" xəbər verir ki, ABŞ prezidenti Donald Trump Rusiya lideri Vladimir Putinlə görüşdən sonra Almaniyanın "Nord Stream-2" layihəsində iştirakını tanıyıb.
Trump açıqlamasında, Almaniyanın Rusiyaya milyardlarla dollar ödədiyini, amma bunun Almaniyanın özünün verə biləcəyi qərar olduğunu bildirib. O əlavə edib ki, Almaniyanın Rusiya ilə "Qazprom" əməkdaşlığını tanıyır. Rusiya tərəfi isə buna qarşılıq olaraq həmkarına Ukrayna vasitəsilə qaz tranzitinə şərait yaradacağını söyləyib.