USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Alman iş dünyasının iqtisadiyyata inamı azalır

25.09.2023 İqtisadiyyat
0 0
Almaniyada biznesin iqtisadiyyata inamı sentyabr ayında ardıcıl beşinci aydır ki, pisləşib.

Qərargahı Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (İFO) təxminən 9 min şirkətin iştirakı ilə keçirilən Almaniya Biznes Sorğunun sentyabr ayı nəticələrini dərc edib.

Buna uyğun olaraq Almaniyada keçən ay 85,8 bal olan Ifo Biznes Mühit Güvən İndeksi, şirkət rəhbərlərinin gələcək gözləntilərinin pisləşməsi səbəbindən sentyabrda 85,7 punkta geriləyərək, beşinci aydır da enişini davam etdirib. Bazar gözləntisi indeksin 85,2 bəndədək azalacağı idi.

Almaniyada İfo Gözləntiləri İndeksinin sentyabrda 82,7-dən 82,9 bəndinə yüksəlməsi, Mövcud Vəziyyət İndeksinin isə 89-dan 88,7-yə enməsi diqqət çəkir.

Ifo anketində, istehsal sektorunun gələcəyi ilə bağlı gözləntilərdə pisləşmə olduğu ifadə edilib.

  • Əvvəlki

    2030-cu ilədək 9 əsas layihə Azərbaycanda iqtisadi artıma töhfə verəcək - Sahib Ələkbərov

Digər xəbərlər