USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya məhsulu Ukrayna tədarükünü əvəz edir - Buğdanın qiyməti düşür

25.09.2023 İqtisadiyyat
0 0
Rusiyada fövqəladə güclü məhsul səbəbiylə demək olar ki, üç ilin ən aşağı səviyyəsinə enən buğda qiymətləri iyulun sonundan etibarən 5-də 1-dən çox ucuzlaşıb. Ekspertlər “Ukraynanın itkisi Rusiyanın qazancı oldu” deyirlər.

Buğdanın qiyməti son 3 ilin ən aşağı səviyyəsinə düşüb.

“Rabobank”ın baş əmtəə analitiki Maykl Maqdovitz “Financial Times” qəzetinə baş verənləri belə qiymətləndirib: “Əsasən, Rusiyanın hücumları nəticəsində buğda qiymətlərinin xeyli aşağı düşdüyünü gördük”:

-Rusiyanın Qara dəniz limanları buğda ixracının təxminən 70 faizini həyata keçirir və bu, onu qlobal taxıl tədarükü üçün əsas damara çevirir.

- Ukrayna işğaldan əvvəl 2021-22 mövsümündə qlobal buğda ixracının 9,2 faizini həyata keçirib. S&P-nin proqnozlarına görə, 2023-24-cü il məhsul mövsümündə bu nisbət 6,4 faizə qədər azalacaq. Əksinə, artıq dünyanın ən böyük ixracatçısı olan Rusiya 2021-22-ci illərdə qlobal ixracatın 15,9 faizini qarşılayıb və 2023-24-cü il məhsul mövsümündə bu nisbəti 22,5 faizə çatdırmaq niyyətindədir.