USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit kartı faizləri artıb

26.09.2023 İqtisadiyyat
0 0
Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ötən həftə etdiyi faiz artımı kredit kartı faizlərinə də yansıdı. TCMB-nin internet saytında yer alan məlumata görə, kredit kartları üzrə aylıq maksimum gecikdirilmiş faiz dərəcəsi oktyabrın 1-dən etibarən 3,11 faizdən 3,56 faizə yüksəlib.

Türk lirəsi ilə kredit kartı əməliyyatlarına tətbiq edilən aylıq maksimum müqavilə faiz dərəcəsi (nağd pul çıxarma və ya istifadə əməliyyatları istisna olmaqla) aylıq istinad dərəcəsinə 55 baza bəndi əlavə edilməklə müəyyən edilir. Kredit kartları vasitəsilə nağd pul çıxarma və ya istifadə əməliyyatları üçün tətbiq ediləcək maksimum aylıq müqavilə faiz dərəcəsi aylıq istinad dərəcəsinə 131 baza bəndi əlavə edilməklə müəyyən edilir.

Nağd pul çıxarılması üçün maksimum gecikmə dərəcəsi də 3,87 faizdən 4,32 faizə yüksələcək.

Ötən həftə TCMB siyasət faizini 500 baza bəndi artıraraq 30 faizə çatdırıb.

Yeni tariflər oktyabrın 1-dən qüvvədə olacaq.

  • Əvvəlki

    Rusiya özünün iki bölgəsinə PUA-nın hücumunun qarşısını alıb

Digər xəbərlər

08.01.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
08.01.2025 İqtisadiyyat
Dünya bazarlarında neftin qiyməti artdı
0 0
07.01.2025 İqtisadiyyat
Azərbaycanda yeni rüsumlar təsdiqləndi
0 0