Ötən gecə ABŞ-da bir çox mağaza, o cümlədən “Apple” çoxlu insan tərəfindən talan edilib.
Pensilvaniya ştatının Filadelfiya şəhərindəki polis qüvvələrinin açıqlamasında, aralarında uşaqların da olduğu qrupun şəhər mərkəzində texnologiya məhsullarından geyimə qədər müxtəlif sektorlardan mağazaları qarət etdiyi və hadisələrdə bir mühafizəçinin yaralandığı bildirilib.
Açıqlamada hadisələrdə iştirak edən çoxlu sayda adamın saxlanıldığı, qarətin Eddi İrizarrinin avqustun 14-də polis tərəfindən öldürülməsi ilə bağlı olmadığı iddia edilib.
İrizarri park edilmiş avtomobilində oturarkən polisin açdığı 6 güllə ilə öldürülüb.