USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

9 mindən çox mağazasından 1-i qaldı - RƏQİBİ SONUNA ÇIXDI

17.07.2018 İqtisadiyyat
0 0
Bir vaxtlar ən böyük kino və oyun diskləri mağazaları şəbəkəsi olan "Blockbuster" şirkətinin qalan son 3 mağazasından 2-si də bağlanıb və beləliklə, yalnız 1 mağaza qalıb.

"Kommersant" xəbər verir ki, 90-cı illərdə şirkətin 9 mindən çox mağazası 84 min nəfər işçisi vardı.

"Blockbuster", 2000-ci ildə böyük bir şirkət olduğu dövründə "Netflix"in tərəfdaşlıq təklifini rədd etmişdi. "Netflix"in banisi Reed Hastings, şirkətini 50 milyon dollara satmağı təklif etmiş, ancaq "Blockbuster"in İcraçı direktoru John Antioco bu təklifə gülmüşdü.

1985-ci ildə yaradılan "Blockbuster" əyləncə sektorunda dünyanın ən böyük pərakəndə şəbəkələrindən biri idi. Şirkətin mağazalarında DVD film və kompüter oyunları satılırdı.

2004-cü ildə sektorda zirvəyə qalxan "Blockbuster", həmin il təxminən yarısı ABŞ-da olmaqla bütün dünyada 9094 mağaza ilə fəaliyyət göstərir və 84 mindən artıq insan işlədirdi.

"Blockbuster" şirkəti 2010-ci ildə iflas elan edilmişdi. Yalnız ABŞ daxilində bir neçə mağazası qalmışdı.

Texnologiyanın inkişafı, onlayn TV və video platforması "Netflix"in genişlənməsi "Blockbuster"ın çökməsinin səbəbidir.

NETFLİX-Ə GÜLMÜŞDÜLƏR

İronik olan isə bu gün "Blockbuster"ın sonuna çıxan onlayn video platforması olan "Netflix"in vaxtında "Blockbuster"ın qapısını çalmış olmasıdır.

2000-ci ildə "Netflix" banisi Reed Hastings, tərəfdaşlıq təklif etmək üçün "Blockbuster"ın İcraçı direktoru John Antioco ilə görüşmək üçün Dallasa getmişdi. Antioco və komandası, "Blockbuster"ın onlayn markası olmaq istəyən və qarşılığında mağazalarda "Netflix"in reklam edilməsi təklifini təqdim edən Reed Hastings-ə gülmüşdülər. Bəli, "Netflix""Blockbuster"ın onlayn markası olmaq istəyirdi.

Hətta bir iddiaya görə, Hastings, 50 milyon dollar qarşılığında "Netflix"i sata biləcəyini qeyd edir, ancaq "Blockbuster" rəsmiləri o vaxt təklifi rədd edir.

Bu gün isə "Netflix" texnologiya yönümlü biznes modelilə 175 milyard dollar bazar dəyərinə və illik 12 milyard dollara yaxın gəlirə çatıb. "Blockbuster" isə iflas edib.