USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Uber"lə bağlı araşdırma davam edir

17.07.2018 İqtisadiyyat
0 0
ABŞ hökuməti "Uber"lə bağlı yayılan diskriminasiya xəbərlərini araşdırır.

"Kommersant" xəbər verir ki, "Uber"də xüsusilə, əmək haqlarının verilməsi ilə bağlı cinsi ayrı-seçkilik hallarının olması haqda yayılan xəbərlər ictimaiyyət tərəfindən mənfi qarşılanıb.

İşə qəbul, əmək haqqı və s. kimi məsələlərdə iş sferasında bərabərliyi təmin etmək məqsədilə ABŞ-ın gender məsələləri üzrə federal komissiyası məsələni araşdırmağı öz öhtəsinə götürüb. Komissiya hazırda "Uber"in bütün köhnə və təzə işçiləri ilə tək-tək danışıqlar aparır.