USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qlobal Limanlar Holdinqdən istiqraz emissiyası

29.09.2023 İqtisadiyyat
0 0
Global Ports Holding (GPH) 7,87 faiz sabit kupon dərəcəsi ilə 330 milyon dollarlıq istiqraz buraxıb.

Global Ports Holding (GPH) tərəfindən edilən açıqlamaya görə, kruiz limanı operatoru və Qlobal İnvestisiya Holdinqin törəmə şirkəti Global Ports Holding (GPH) güclü maliyyə quruluşu və davamlı böyüməsi ilə yeni istiqrazı uğurla buraxıb.

Global Ports Holding-in illik 7,87 faiz sabit kupon dərəcəsi ilə 330 milyon dollarlıq yeni istiqraz buraxılışı beynəlxalq sığorta və aktivlərin idarə edilməsi təşkilatlarından ibarət məhdud sayda investora özəl yerləşdirmə yolu ilə tamamlanıb.

İki beynəlxalq reytinq agentliyi Global Ports Holding-in bu buraxılışına 330 milyon ABŞ dolları məbləğində investisiya dərəcəli kredit reytinqi verib. Təqdim olunan maliyyələşdirmənin ümumi ödəmə müddəti 17 il, orta çəkili ödəmə müddəti isə təxminən 13 il olacaq. Dünyanın qabaqcıl sığorta və aktiv idarəetmə qurumlarının iştirak etdiyi bu istiqraz emissiyası son dövrlərdə Türkiyədə doğan bir şirkətin ən aşağı faizli və uzunmüddətli borc əməliyyatlarından biri idi.

  • Əvvəlki

    Sentyabr ayında Avrozonada illik inflyasiya gözləntilərin altında qaldı

Digər xəbərlər

16.01.2025 İqtisadiyyat
Lirənin məzənnəsi
0 0
16.01.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
16.01.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0