USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İraqdan Türkiyəyə neft axını yenidən başlayıb

02.10.2023 İqtisadiyyat
0 0
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İraq-Türkiyə Neft Boru Kəmərinin bu gündən etibarən istismara hazır olduğunu və bu həftə ərzində işə düşəcəyini bildirib.

Arbitraj məhkəməsinin Türkiyənin Bağdadın icazəsi olmadan neft daşıdığını əsas gətirərək İraqa təqribən 1,5 milyard dollar təzminat ödəməsi barədə qərar çıxardıqdan sonra Türkiyə martın sonunda boru kəməri ilə neft axınını dayandırıb.

İraq Kürd Regional Rəhbərliyinin (KRG) Xarici Əlaqələr Departamentinin məsul işçisi Sefin Dizayi, İraqın KRG neftinin ixracının dayandırılması səbəbindən təxminən 5,5 milyard dollar zərər çəkdiyini bildirib.

Türkiyə və İraq neft nəqlinin davam etdirilməsi ilə bağlı danışıqları davam etdirirdi.