USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İngiltərədə həkimlər yenidən tətilə başlayıblar

02.10.2023 İqtisadiyyat
0 0
Britaniyada mütəxəssis həkimlər, ümumi praktikantlar və köməkçi həkimlər maaş mübahisəsinə görə növbəti dəfə tətil ediblər.

Ölkədə təxminən 24 min mütəxəssis həkim və 61 min ümumi praktikant və köməkçi həkim 3 günlük iş dayandırmağa başladı. Həkimlərin işinin dayandırılması zamanı yalnız təcili yardım göstəriləcək.

İngiltərənin Milli Səhiyyə Sistemi (NHS) rəsmiləri xəbərdarlıq etdi ki, "tətil zamanı xəstəxanalardakı gündəlik xidmətlər demək olar ki, dayana bilər".

İngiltərənin səhiyyə naziri Stiv Barklay həkimləri tətili dayandırmağa çağırıb.

Sentyabrın 20-də mütəxəssis və ümumi praktikantlar ilk dəfə birlikdə tətilə çıxdılar, lakin bu kollektiv iş dayandırılması 24 saat davam etdi.

  • Əvvəlki

    Avropa İttifaqının nazirləri Kiyevdə toplaşıb

Digər xəbərlər