USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AB-dən İspaniyaya 83 milyard avro kredit hazırlığı

02.10.2023 İqtisadiyyat
0 0
Avropa İttifaqı (Aİ) Komissiyası İspaniyanın Covid-19-un iqtisadi nəticələrinə qarşı hazırlanan Birliyin bərpa proqramından 83 milyard avro kredit almasını təsdiqləyib.

AB Komissiyası, İspaniyanın "Yeni Nəsil AB" adlı bərpa proqramı çərçivəsində fondlarda tələb etdiyi dəyişiklik planının cəmi 800 milyard avro ilə təsdiqləndiyini açıqlayıb.

Bəyanatda İspaniyanın ölkə proqramında, o cümlədən, Rusiyadan qalıq yanacaq asılılığının azaldılması və enerji təchizatı təhlükəsizliyinin artırılması ilə bağlı dəyişikliklər etdiyi bildirilib. Açıqlamada, xilasetmə proqramı çərçivəsində İspaniyanın 83 milyard avro kredit almasının məqsədəuyğun hesab edildiyi, İspaniyaya 80 milyard avro əlavə qrant veriləcəyi və ümumi dəstəyin 163-ə çatacağı ifadə edilib.

Bu mərhələdən sonra yeni kreditin Aİ-yə üzv dövlətlər tərəfindən təsdiqlənməsi gözlənilir. Avropa İttifaqı Komissiyası üzv ölkələrin epidemiya və sonrakı iqtisadi problemlərə qarşı zəmanəti ilə 800 milyard avroluq bərpa proqramı qurmuşdu. Bu çərçivədə Komissiya, hazırladıqları investisiya və islahat planlarına uyğun olaraq, kapital bazarlarından borc almağa, üzv ölkələrə əlverişli şərtlərlə kredit və qrantlar verməyə başladı.

  • Əvvəlki

    Elon Musk: "Trüdo Kanadada ifadə azadlığını boğmağa çalışır"

Digər xəbərlər

16.01.2025 İqtisadiyyat
Lirənin məzənnəsi
0 0
16.01.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
16.01.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0