USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya Bankı Şərqi Asiya və Sakit Okean ölkələri üçün artım proqnozunu aşağı salır

03.10.2023 İqtisadiyyat
0 0
Dünya Bankı Şərqi Asiya və Sakit Okean regionunda inkişaf etməkdə olan ölkələr üçün artım proqnozunu bu il 5,1 faizdən 5 faizə, 2024-cü il üçün isə 4,8 faizdən 4,5 faizə endirib.

Dünya Bankı Şərqi Asiya və Sakit Okean regionunun yarımillik iqtisadi proqnozu üçün oktyabr ayı yeniləməsini dərc edib.

Bankın proqnoz hesabatı ilə bağlı verdiyi açıqlamada, Şərqi Asiya və Sakit Okean bölgəsindəki inkişaf etməkdə olan ölkələrdə artımın 2023-cü ildə yüzdə 5 səviyyəsində güclü qalacağı, ancaq ilin ikinci yarısında yavaşlayacağı ifadə edildi. 2024-cü ildə artımın 4,5 faiz olacağı təxmin edilir.

Açıqlamada bu ilki regional artımın digər inkişaf etməkdə olan bazarlar və iqtisadiyyatlar üçün proqnozlaşdırılan orta artımdan yüksək olmasına baxmayaraq, əvvəlki proqnozdan aşağı olduğu və Sakit okean adası ölkələri arasında artımın 5,2 faiz olacağı gözlənilir.

Açıqlamada, 2023-cü ildə Çində artımın yüzdə 5,1, Çin istisna olmaqla, bölgədə artımın isə yüzdə 4,6 səviyyəsində qalacağı bildirilib.

  • Əvvəlki

    Bitkoinin qiyməti son 2 ayın ən yüksək həddinə çatıb

Digər xəbərlər

17.01.2025 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
17.01.2025 İqtisadiyyat
Lirənin məzənnəsi
0 0