USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Brent markalı neftin bir barel qiyməti 84,15 dollardır

06.10.2023 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 84,15 dollara satılır.

Ötən gün 86,52 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 84,07 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 10.10-da bağlanış vaxtı ilə müqayisədə 0,09 faiz artaraq 84,15 dollara çatıb. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 82,41 dollara satılıb.

Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da tələbin zəiflədiyini göstərən məlumatlardan sonra qiymətlər dünən 2 faizdən çox dəyər itirib.

ABŞ Enerji İnformasiya Administrasiyasının çərşənbə günü açıqladığı məlumatlara görə, ölkədəki benzin ehtiyatları təxminən 6 milyon 500 min barel artaraq 227 milyon barrelə çatıb.

ABŞ-da yay mövsümünün sona çatması ilə neft tələbinin azalmağa başladığını göstərən məlumatlar qiymətlərin enməsini dəstəklədi.

  • Əvvəlki

    Bizneslə məşğul olanlara sərfəli mikro kredit!

Digər xəbərlər

18.01.2025 İqtisadiyyat
Azərbaycanda Aliment Fondu yaradılacaq
0 0
18.01.2025 İqtisadiyyat
Fed NGFS-dən çıxdığını açıqladı
0 0