USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sentyabrda qlobal ərzaq qiymətləri dəyişməyib

06.10.2023 İqtisadiyyat
0 0
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayında qlobal ərzaq qiymətlərinin demək olar ki, sabit qaldığını açıqlayıb, çünki bitki yağları, süd məhsulları və ət indekslərindəki azalmalar şəkər və qarğıdalı qiymətlərindəki artımları kompensasiya edib.

FAO-nun verdiyi açıqlamaya görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO-nun Ərzaq Qiymətləri İndeksi sentyabr ayında əvvəlki ayla müqayisədə 0,1 bənd azalaraq 121,5 bənd olub. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 2022-ci ilin mart ayındaki rekord səviyyəsindən təxminən yüzdə 24 azalan indeks, müharibədən sonra 159,7 punkta çataraq rekord qırıb.

Bu arada, FAO-nun yüzdə 121,4 olaraq açıqlanan avqust ayı Ərzaq Qiymətləri İndeksi məlumatları 121,6 bənd olaraq yenidən işlənib.

Maraqlıdır ki, sentyabr ayında qlobal ərzaq qiymətləri sabit qalıb, buna bitki yağları və taxıllar başçılıq edir.

Bitki Yağı Qiymətləri İndeksi palma, soya və günəbaxan yağlarının qlobal qiymətlərindəki eniş səbəbiylə aylıq bazda yüzdə 3,9 azalaraq ikinci aydır ki, enişini davam etdirir.

Taxıl Qiymət İndeksi qarğıdalı qiymətlərindəki artım səbəbiylə aylıq bazda yüzdə 1 artdı. İndeks bir il əvvəlki səviyyəsindən təxminən 14,6 faiz aşağıda qaldı.

  • Əvvəlki

    Səudiyyə Ərəbistanı JPMorgan-dan addım atıb

Digər xəbərlər

17.01.2025 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
17.01.2025 İqtisadiyyat
Lirənin məzənnəsi
0 0