USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyadakı Ford zavodu investorlarla danışıqları dayandırır

06.10.2023 İqtisadiyyat
0 0
Baş ofisi ABŞ-da yerləşən avtomobil istehsalçısı Ford, Almaniyanın Saarlouis şəhərindəki fabrikinin satışı üçün potensial investorla apardığı danışıqların nəticəsiz qaldığını bildirdi.

Ford tərəfindən edilən açıqlamada adı açıqlanmayan potensial investorla 2023-cü ilin iyun ayında məcburi olmayan müqavilə imzalandığı, lakin daha sonra danışıqların davam etdirilməməsinə qərar verildiyi bildirilib.

Açıqlamada Fordun Saarlouisdə qurulacaq gələcək texnologiya mərkəzinə də əsas ola biləcək "alternativ plan" çərçivəsində 1000 nəfəri işlə təmin edəcəyi xatırladılıb.

Avropadakı fabriklərində yenidənqurma prosesini idarə edən Ford, 2022-ci ilin iyun ayında yeni nəsil elektrik avtomobilini Saarlouisdəki fabrikinin əvəzinə İspaniyada açdığı müəssisədə istehsal edəcəyini açıqladı.