USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

JP Morgan: TL inkişaf etməkdə olan bazarlarda ən ucuz valyutadır

09.10.2023 İqtisadiyyat
0 0
JP Morgan TL-nin ədalətli dəyərindən daha ucuz olduğunu və bundan sonra dəyər itirməyə ehtiyac olmadığını bildirib. Bank hesabatında “İnkişaf etməkdə olan bazarlarda uzunmüddətli real effektiv məzənnənin orta səviyyəsindən kənara çıxmasına görə ən ucuz valyuta olaraq TL-ni” qeyd edib.

Mərkəzi ofisi ABŞ-da yerləşən investisiya bankı JP Morgan tərəfindən hazırlanan "Avropa, Yaxın Şərq və Afrika, İnkişaf etməkdə olan Bazarlar və Yerli Bazarlar Kompası" adlı hesabatda Türkiyə ilə bağlı qiymətləndirmələrə də yer verilib.

Hesabatda makroiqtisadi siyasətlərin doğru istiqamətdə irəlilədiyi ifadə edildi və "TL əsaslı olaraq çox ucuzlaşdığı üçün yüksək inflyasiyanın rəqabət qabiliyyətini azaltması indi daha az narahatlıq doğurur. Ehtiyat artımından ödün vermədən TL-ni böyük ölçüdə sabit saxlaya bilərlər" deyilib.

“İnkişaf etməkdə olan bazarlarda uzunmüddətli real effektiv məzənnə ortalamasından sapmaya görə TL ən ucuz valyutadır” qiymətləndirməsinin yer aldığı hesabatda Avro/TL çarpazının sabitliyinə də diqqət çəkilib.

Goldman Sachs, 28 Sentyabrda "TL oyuna qayıtdı" başlıqlı hesabatı ilə də müştərilərinə TL qazancını vurğulayıb.

  • Əvvəlki

    UNICEF miqrasiya ilə bağlı təxminləri natamam hesab edir

Digər xəbərlər

15.01.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.01.2025 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0