USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Oktyabr ayında Avrozonada investorların inamı azalıb

09.10.2023 İqtisadiyyat
0 0
Avrozonada investorların inamı oktyabr ayında gözləniləndən daha az düşsə də, Rusiya-Ukrayna müharibəsindən sonra 2022-ci ilin noyabrında enerji böhranından bəri ən aşağı səviyyəyə düşüb.

Bazar araşdırması aparan və mərkəzi Frankfurtda olan Sentix-in verdiyi açıqlamaya görə, sentyabr ayında mənfi 21,5 bənd olan Avrozona Ümumi İnvestor Güvən İndeksi bu ay 0,4 bənd azalaraq mənfi 21,9 bənd olub.

2022-ci ilin noyabrında enerji böhranından bəri ən aşağı səviyyəyə (mənfi 27) enən indeks üçün gözlənti mənfi 22,8 punkta düşəcəkdi.

İnvestorların gələcək 6 ay üçün gözləntilərini ölçən Gözləntilər İndeksi də mənfi 21 bənddən mənfi 16,8 bəndinə yüksəlib. Gözləntilərin 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə yüksəlməsi diqqət çəkib.

Bu arada Avro Bölgəsinin ən böyük iqtisadiyyatı olan Almaniyada Ümumi İnvestor Güvən İndeksi oktyabr ayında 2,1 bal artaraq mənfi 31,1 bənd oldu.