USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyada sənaye istehsalı azalmaqda davam edir

09.10.2023 İqtisadiyyat
0 0
Almaniyada sənaye istehsalı avqust ayında tikinti və enerji istehsalının azalması səbəbindən ardıcıl dördüncü aydır gözləntilərin üstündə 0,2 faiz azalıb.

Almaniya Federal Statistika İdarəsi (Destatis) avqust ayı üçün sənaye istehsalı ilə bağlı müvəqqəti məlumatı açıqlayıb. Buna görə mövsüm və təqvim təsirlərindən təmizlənmiş sənaye istehsalı avqust ayında bir əvvəlki aya görə yüzdə 0,2 azaldı. Bazarlarda sənaye istehsalının 0,1 faiz azalacağı gözləntiləri var idi. Beləliklə, ölkədə sənaye istehsalı ardıcıl dördüncü aydır ki, enişini davam etdirir.

İyul ayında ilkin məlumatlara görə aylıq yüzdə 0,8 azaldığı açıqlanan sənaye istehsalında azalma yüzdə 0,6 olaraq revize edildi. Məlumatlar üzə çıxarıb ki, enerji və tikinti xaric sənaye istehsalı avqustda iyul ayı ilə müqayisədə 0,5 faiz artıb.

Sözügedən dövrdə aralıq malların istehsalı 0,5 faiz, əsas vəsaitlərin istehsalı isə 1,3 faiz artıb. İstehlak mallarının istehsalı 1,4 faiz azalıb.