USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiya və Avstraliya arasında enerji sazişi

09.10.2023 İqtisadiyyat
0 0
Yaponiya və Avstraliya mayeləşdirilmiş təbii qaz (LNG) kimi enerji resurslarının sabit tədarükünü təmin etmək üçün razılığa gəliblər.

Avstraliyanın Melburn şəhərində Yaponiya-Avstraliya Nazirlərinin 5-ci İqtisadi Dialoq Toplantısı keçirilib.

Görüşdə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Nişimura Yasutoşi və Avstraliyanın ticarət və turizm naziri Don Farrel iştirak ediblər.

Nişimura görüşdən sonra mətbuata verdiyi açıqlamada, LNG kimi enerji qaynaqlarının sabit tədarükü ilə bu sahədə etibarlı investisiya mühiti təmin etmək üçün Avstraliya ilə razılığa gəldiklərini bildirib.

Nazir Nişimura bildirib ki, hidrogen və ammonyak kimi ehtiyatların daxil edilməsi üçün sektorda əməkdaşlığın daha da genişləndirilməsi üçün konsensus əldə edilib. Yaponiyalı nazir qeyd edib ki, ölkəsi və Avstraliya da nikel kimi kritik metalların tədarük zəncirinin yaradılmasında əməkdaşlıq edəcək.