"Kommersant" xəbər verir ki, Amerikanın Rusiyadakı Ticari Palatası "AmCham" ABŞ və Rusiya biznesinin "kapitanları"nın bütün imkanlardan istifadə edə biləcəyini söyləyib. Lakin ABŞ-ın hazırki sanksiya vəziyyətində buna hazır olmadığını düşündüyünü bildirib.
Belə ki, prezident Vladimir Putin Helsinkidə ABŞ prezidenti Donald Trump ilə görüşdən sonra bazar ertəsi Rusiya və ABŞ-ın "kapitanları" arasında qarşılıqlı əməkdaşlıq qurmaq üçün birgə qrup yaratmaqla bağlı razılaşmasını açıqlayıb.
Qeyd edək ki, ötən günlərdə ABŞ və Rusiya liderləri arasında Helsinkidə görüş keçirilib.