Dünən 89 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 88,15 dollarla başa vurub. “Brent” markalı neftin bir barelinin qiyməti bağlanış vaxtı ilə müqayisədə bu gün 10,25-ə 0,72 faiz azalaraq 87,51 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 85,67 dollara satılıb.

Qiymətlərin enməsi Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsi ilə əlaqədar artan geosiyasi risklərin neft tədarükünə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqların azalması ilə əlaqədar olub. İsrailin qlobal neft tədarükündəki rolu məhdud olsa da, münaqişənin regiona yayıla biləcəyi ilə bağlı narahatlıqlar dünən qiymətlərin artmasına səbəb olub.
Bundan əlavə, neft bazarında sözügedən münaqişələr səbəbindən mümkün embarqonun İrana təsiri ilə bağlı narahatlıqlar olsa da, ABŞ-ın son açıqlaması bu narahatlıqları azaldıb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə deyib ki, İranın HƏMAS-ın hücum planlarında bilavasitə əli olduğuna dair əllərində heç bir maddi sübut yoxdur və onlar məsələni araşdırmaqda davam edəcək.