USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkələrə vizasız getmək olar - SİYAHI

20.07.2018 İqtisadiyyat
0 0
3-cü qrup ölkələr isə özləri birtərəfli qaydada əsasən turizm əsnasında (mövsümi xarakterli) Azərbaycan vətəndaşları üçün vizaları ləğv edə bilirlər.

"Kommersant" xəbər verir ki, Azərbaycan vətəndaşları ümumilikdə 62 ölkəyə diplomatik, xidməti və vətəndaşlıq pasportu ilə vizasız gedib gələ bilərlər.

Bəs Azərbaycan vətəndaşları vizasız gediş-gəliş rejimi əsasında hansı xarici dövlətlərə səfər edə bilərlər?

XİN-in sözçüsü Hikmət Hacıyev "Kommersant"a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında olan viza məsələsi ikitərəfli razılaşmalar vasitəsilə tənzimlənir:

"Dövlətlərarası ikitərəfli müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları MDB ölkələrinə - Belarus, Rusiya, Tacikistan, Özbəkistan, Moldova, Qırğızıstan, Qazaxıstan, Ukrayna və Gürcüstana (MDB üzvü olmasa da) vizasız gedə bilərlər. Bir qrup ölkələr də var ki, birtərəfli qaydada Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə vizaları ləğv ediblər. Bu ölkələr siyahısına İran, Türkiyə, Serbiya və Makedoniya daxildir. 3-cü qrup ölkələr isə özləri birtərəfli qaydada əsasən turizm əsnasında (mövsümi xarakterli) Azərbaycan vətəndaşları üçün vizaları ləğv edə bilirlər. Ancaq həmin ölkələr rəsmi qaydada Azərbaycana notifikasiya vermədiyi üçün bilavasitə onların bu qərarları barədə XİN-də rəsmi məlumat olmur.

Diplomatik və xidməti pasporta malik olan vətəndaşların vizadan azad edildiyi ölkələr siyahısına 61 ölkə daxildir".

  • Əvvəlki

    İstirahət günlərinin hava proqnozu açıqlanıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0