USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya nəhəng bankından 'Avro' proqnozu

16.10.2023 İqtisadiyyat
0 0
ABŞ-ın və dünyanın ən böyük investisiya banklarından biri olan JPMorgan, avronun ilin sonuna kimi 1 dollara düşə biləcəyini proqnozlaşdırmışdı. Avro/dollar pariteti iyulun ortalarında pik həddinə çatdıqdan sonra dollar qarşısında 6 faiz ucuzlaşıb.

Financial Times-ın məlumatına görə, JPMorgan, Yaxın Şərqdəki müharibənin Avropanın enerji idxalının qiymətini yüksəltməklə hədələməsi və yüksək borclanma xərclərinin avro zonasına təzyiq göstərməsi səbəbindən bu ilin sonuna kimi avronun ABŞ dolları ilə paritetə ​​düşəcəyini proqnozlaşdırır.

JPMorgan-ın qlobal valyuta strategiyası tədqiqat qrupunun həmsədri Meera Chandan, son zəifliyə baxmayaraq, avronun "hələ də valyutanın üzləşdiyi çoxsaylı qeyri-müəyyənliklər üçün endirim ehtiva etmədiyini" söylədi.

"Biz indi Avro/dolların əvvəlki hədəfimiz olan 1.05-dən paritetini sınayacağını gözləyirik" deyə Chandan əlavə edib.