USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Toyota istehsalı dayandırdı

17.10.2023 İqtisadiyyat
0 0
Toyota Motor ehtiyat hissələri tədarükçüsü Chuo Spring Co-nun fabrikində baş verən partlayışdan sonra 6 fabrikində istehsalı müvəqqəti olaraq dayandırıb.

Toyota-nın hissələri təchizatçılarından biri, Aichi əyalətindəki Chuo Spring Co. Şirkətə məxsus fabrikdə partlayış olub.

Bildirilib ki, partlayış nəticəsində iki kişi işçi yaralanıb, müəssisədəki quruducu sobalar zədələnib. Yapon istehsalçısı Toyota şirkətinin bəyanatına görə, partlayışdan sonra ehtiyat hissələrin tədarükü çatışmazlığı səbəbindən Yaponiyada 6 fabrikdə 10 istehsal xətti müvəqqəti olaraq dayandırılıb.

Açıqlamada bildirilib ki, istehsal xətlərinin həftə ərzində yenidən nə vaxt işə salınacağı hələ məlum deyil. Mənfi təsirə məruz qalan istehsal xətlərinin Toyota-nın Land Cruiser və RAV4 modelləri üçün olduğu bildirilib.

  • Əvvəlki

    Putinin Yaxın Şərq liderləri ilə telefon diplomatiyası

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0