USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Badam və qoz idxalına gömrük rüsumu artıb - Türkiyədə

17.10.2023 İqtisadiyyat
0 0
Tekstil tekstil və onlardan hazırlanan məmulatlar adı altında qeyd olunan bir çox məhsulların əlavə gömrük rüsum dərəcələrində düzəlişlər edilib. Badam və qoz idxalına gömrük rüsumları artırılıb.

Türkiyədə prezidentin “Rəsmi Qəzet”in bugünkü sayında dərc olunan idxal rejimi qərarına dəyişikliklə bağlı qərarına əsasən, badam idxalına görə gömrük vergisi dərəcəsi 2 faizdən 15 faizə, əlavə maliyyə öhdəliyi məbləği 452 dollardan 580 dollara yüksələcək.

Qoz idxalına tətbiq edilən gömrük vergisi dərəcəsi 4 faizdən 15 faizə, əlavə maliyyə öhdəliyi isə qabığı soyulmuş qoz üçün bir ton üçün 307 dollardan 416 dollara, qabıqsız qoz üçün 573 dollardan 1099 dollara qaldırılıb.

Bu çərçivədə, 30 avqustda dərc edilən idxal rejimi qərarında dəyişiklik edən Prezidentin qərarı ilə paralel olaraq, Birləşmiş Ərəb Əmirliklərindən idxala badam üçün yüzdə 1, qoz üçün yüzdə 2 gömrük rüsumu və əlavə maliyyə öhdəlikləri məbləğləri tətbiq ediləcək. Qərar noyabrın 1-dən qüvvəyə minəcək.