USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Philadelphia Fed prezidenti Harkerin "faiz dərəcəsi" mesajı

17.10.2023 İqtisadiyyat
0 0
Philadelphia Fed prezidenti Harker bildirib ki, mərkəzi bank borclanma xərclərini artıraraq iqtisadiyyata yeni təzyiqlər yaratmamalıdır.

Philadelphia FED prezidenti Patrick Harker pul siyasəti ilə bağlı qiymətləndirmələr edib. Harker, ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiya təzyiqlərinin azaldığı bir mühitdə faiz artımını tamamladığına dair inancını təkrarladığı çıxışının ardından, “Bu nöqtədə FED-in faiz artımını düşünməməliyik" deyib.

Daha yaxşı balanslaşdırılmış bir bazar və maaş təzyiqlərinin azaldılması əlamətləri gördüklərini ifadə edən Harker, ev təsərrüfatlarının əmanətlərində artım əlamətləri olduğunu da vurğulayıb.