USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstanbulda yaşayan əcnəbilərin sayı açıqlandı

17.10.2023 İqtisadiyyat
0 0
İSKİ-nin su istehlakı məlumatlarına görə, İstanbulda təxminən 2,5 milyon əcnəbi yaşayır.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) baş katibinin müavini Buğra Gökce sosial media hesabında İstanbulda yaşayan əcnəbi əhalinin sayı və mənzil problemi ilə bağlı məlumatları paylaşıb.

İSKİ-nin su istehlakı məlumatlarına görə İstanbulda təxminən 2,5 milyon əcnəbi yaşadığını ifadə edən Gökçe, “İstanbuldakı əcnəbilərin sayı tək bir şəhər olsaydı, Avropanın 9-cu böyük şəhəri olardı. Paris şəhərinin mərkəzində 2,1 milyon insan yaşadığı halda, Vyananın əhalisi 1,9 milyon, Barselonanın isə cəmi 1,6 milyon nəfərdir. 2019-cu ildə 145 min xarici abunəçi olduğu halda, bu il bu rəqəm 255 min 985-ə yüksəlib.

İstanbulda orta ev təsərrüfatlarının böyüklüyü 3,3 olduğu halda, xarici abunəçilərdə bir çox ev təsərrüfatları birlikdə yaşadığı üçün ev təsərrüfatlarının ölçüsü hətta 8-10-u keçə bilər. Müvəqqəti qaçqınlar, mənzil alqı-satqısı yolu ilə vətəndaşlıq əldə etmiş şəxslər, müvəqqəti işləmək və ya yaşamaq icazəsi olanlar və qeyri-leqal mühacirlər də daxil olmaqla ümumi xarici əhalinin sayı bizim vətəndaş əhalinin 16 faizinə çatıb" dedi.