USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İngiltərə Bankından inflyasiya açıqlaması: Təzyiqlər azalır

17.10.2023 İqtisadiyyat
0 0
İngiltərə Bankının (BoE) Pul Siyasəti Komitəsinin Xarici Üzvü Swati Dhingra, əmək bazarı ilə bağlı son məlumatların ölkə iqtisadiyyatında yumşalma olduğunu bildirərək, bu vəziyyətin əmək haqqı artımlarının yavaşlamasına və inflyasiyanın azalmasına səbəb olacağını bildirib.

Londonda yerləşən Royal Economic Society araşdırma təşkilatı tərəfindən təşkil edilən "İnflyasiya və Yaşayış Qiyməti Böhranı" adlı sammitdə Dhingra, BoE Pul Siyasəti Komitəsinin tarixində belə uzunmüddətli yüksək inflyasiya prosesinin heç vaxt yaşanmadığını qeyd edib.

Komitənin faiz artırma qərarının doğru olduğunu qeyd edən Dhingra, "Ancaq faiz artımının daha uzun müddətə yayıldığı daha mülayim bir yola üstünlük verilə bilərdi. Beləliklə, daha balanslı bir keçid olacaqdı" dedi.

Yüksək faiz dərəcələrinin əmək bazarına da yansıdığını və iqtisadiyyatda yumşalmanın müşahidə edildiyini ifadə edən Dhingra, "Bu vəziyyət maaş artımlarının daha yavaş artmasına səbəb olacaq və daxili inflyasiya təzyiqlərinin azaldığını görəcəyik. Gələcəyə istiqamətli tədbirləri nəzərə alsaq, maaş artımları önümüzdəki dövrdə ortalama yüzdə 5 ilə 6 arasında olacaq", - deyə bildirib.