USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyaca məşhur bank da “qızıl” dedi

17.10.2023 İqtisadiyyat
0 0
Pandemiyadan sonra Ukrayna-Rusiya müharibəsi, Türkiyə seçkiləri, dünyanın və Türkiyənin yeni problemi İsrail-Həmas savaşına çevrilib. Yaxın Şərqdəki müharibə və bu müharibənin yaya biləcəyi narahatlıq investorları yenidən yeni axtarışlara sövq edir.

İnvestorlar üçün təkliflər dünyanın aparıcı banklarından biri olan JPMorgan-ın yüksək vəzifəli şəxslərindən gəlib.

JPMorgan Qlobal Bazar Strateqi Marko Kolanovic bildirib ki, Yaxın Şərqdəki münaqişələrlə artan geosiyasi gərginlik onsuz da yüksək faiz dərəcələrinin təzyiqi altında olan riskli aktivlər üçün “qarşıya gələn küləkdir” və investorlar təhlükəsiz sığınacaq axtarmalıdırlar.

Bankın dünən müştəriləri ilə paylaşdığı məlumat qeydinə görə, Kolanoviç səhmlər üçün "bazardan aşağı gəlir", əmtəə üçün isə "bazardan yuxarı gəlir" tövsiyə edib.

Bankların üçüncü rüb balanslarının çox güman ki, yaxşı olacağını proqnozlaşdıran Kolanoviç, "Pərakəndə, lüks və avtomobillər, eləcə də kimyəvi maddələr və yarımkeçiricilər kimi dövri sektorlar üçün risklər davam edir" dedi, lakin mənfəət dönüş nöqtəsinə yaxınlaşır.