USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin iqtisadiyyatı üçüncü rübdə 4,9 faiz artıb

18.10.2023 İqtisadiyyat
0 0
Çin iqtisadiyyatı ilin üçüncü rübündə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artıb.

Milli Statistika Bürosunun (UIB) məlumatlarına görə, 2023-cü ilin iyul-sentyabr aylarında Çində Ümumi Daxili Məhsul (ÜDM) 12,7 trilyon dollara çatıb.

3 aylıq dövrdə ÜDM ikinci rüblə müqayisədə 1,3 faiz, keçən ilə nisbətən isə 4,9 faiz artdığı halda, ilk üç rübdə artım 5,2 faiz olub.

Çin iqtisadiyyatı birinci rübdə 4,5 faiz, ikinci rübdə isə 6,3 faiz illik artım qeydə alıb.

Sentyabr ayı iqtisadi göstəriciləri avqust ayında istehsal və istehlakda müşahidə olunan canlanma əlamətlərinin davam etdiyini göstərsə də, daşınmaz əmlak investisiyalarında davam edən azalma iqtisadi artıma mənfi təsirini davam etdirmişdir.

  • Əvvəlki

    Dollar 28 lirəni keçərək rekord qırdı

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0