USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qiymətlərin azaldılması üzərində işləyəcəyik"

17.07.2018 İqtisadiyyat
0 0
Aviasiya logistikasının inkişafı Azərbaycan və Rusiyanın Ural federal dairəsinin regionları arasında qarşılıqlı turist axınının artmasına kömək edəcək.

Bunu Azərbaycanın RF-nin Yekaterinburq şəhərindəki baş konsulu İlqar İsgəndərov deyib.

Baş konsul qeyd edib: "Biz Ural şəhərlərinə uçuş istiqamətlərinin genişləndirilməsi və qiymətlərin azaldılması üzərində işləyəcəyik. Logistikanın inkişafında həm Azərbaycan, həm də Rusiya maraqlıdır. Bu, turizmin ikitərəfli inkişafına da müsbət təsir edəcək".

İ.İsgəndərov bildirib ki, hazırda Yekaterinburqdan Bakıya həftədə yalnız iki birbaşa reys həyata keçirilir:

"Ural federal dairəsinin regionlarından Bakıya Yekaterinburq və Tümendən olan reyslərlə gəlmək olar. Bu halda qiymət Moskvadan olan reyslərlə müqayisədə yuxarı olur, hərçənd məsafə təxminən eynidir".

Trend

  • Əvvəlki

    Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0