USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İçki və siqarətin miqdarı azaldılacaq

17.07.2018 İqtisadiyyat
0 0
Fərdi istehlak üçün gömrük vergi və rüsumları ödəmədən ölkəyə gətirilən alkoqollu içki və siqaretin miqdarı azaldılıb.

"Kommersant" xəbər verir ki, fiziki şəxslərin fərdi istehlak məqsədilə gömrük vergi və rüsumları ödəmədən ölkə ərazisinə gətirdiyi alkoqollu içki və siqaretin miqdarı azaldılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə Milli Məclis Vergi Məcəlləsində dəyişiklik edilməsinə dair qərar qəbul edib və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2018-ci il 29 iyun tarixli 1194-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Belə ki, Vergi Məcəlləsinin 188.1.1-ci maddəsinə əsasən fiziki şəxs buna qədər fərdi istehlakı üçün 3 litr alkoqollu içkini, 600 ədəd siqareti gömrük vergi və rüsumu ödəmədən ölkə ərazisinə gətirə bilərdi. Məcəllənin həmin bəndində edilən dəyişikliyə əsasən isə bundan sonra fiziki şəxs fərdi istehlakı üçün 1.5 litr alkoqollu içkini və 200 ədəd siqareti gömrük vergi və rüsumlarından azad şəkildə ölkə ərazisinə gətirə biləcək.

  • Əvvəlki

    ARDNF-in büdcəsi açıqlanıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0