USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmək müqaviləsi ilə yeni sınaq müddəti müəyyən edilir

24.10.2023 İqtisadiyyat
0 0
Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində sınaq müddətinə dair yeni norma müəyyənləşir.

Kommersant.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində əksini tapıb.

Dəyişikliyə əsasən, sınaq müddəti müəyyən edilməyən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər.

Hazırda isə sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

  • Əvvəlki

    Bu şəxslər üçün yeni güzəşt tətbiq olunacaq - Milli Məclis təsdiq etdi

Digər xəbərlər