USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyasının tərkibi dəyişdirilib

17.07.2018 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

"Kommersant"ın məlumatına görə, sərəncamla Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi edilən dəyişiklik barədə Hindistan Respublikası tərəfinə bildiriş göndərməlidir.

  • Əvvəlki

    Ölkədə qızıl və gümüş bir qədər də ucuzlaşdı

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0