Özbəkistanın iqtisadiyyatı ilin yanvar-sentyabr aylarında 5,8 faiz artıb.
Özbəkistan Dövlət Statistika Agentliyinin məlumatına görə, ilin 9 ayında ölkə iqtisadiyyatı yüzdə 5,8 artarkən, inflyasiya isə yüzdə 5,1 olaraq qeydə alınıb.
Sözügedən dövrdə sənaye istehsalı 5,7 faiz, xidmətlər sektoru 12,1 faiz, tikinti sektoru 5,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoru 4,1 faiz, yük daşımaları 0,1 faiz, sərnişin daşınması 5,4 faiz, pərakəndə ticarət 5,4 faiz təşkil edib. Satışlar 7 faiz artsa da, ölkə üzrə investisiyaların həcmi 11,8 faiz artıb.
9 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi xarici ticarətin həcmi 22,1 faiz, ixracın həcmi 23,5 faiz, idxalın həcmi isə 21,2 faiz artıb.
Covid-19 epidemiyasından əvvəl hər il 5-6 faiz böyüyən ölkə iqtisadiyyatı 2020-ci ildə 1,6 faiz, 2021-ci ildə 7 faiz, 2022-ci ildə isə 5,7 faiz artıb.