USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Moody's Qazaxıstanın kredit reytinqinin proqnozunu yaxşılaşdırıb

27.10.2023 İqtisadiyyat
0 0
Beynəlxalq kredit reytinq agentliyi Moody's, Qazaxıstan iqtisadiyyatının müsbət görünüşə malik olduğunu və kredit reytinqi görünüşünü sabitdən müsbətə yüksəltdiyini açıqlayıb.

“Moody's” Qazaxıstanın iqtisadi perspektivləri ilə bağlı hesabat dərc edib. Müvafiq olaraq, Qazaxıstanın reytinqi Baa2 olaraq saxlanılarkən, reytinqin proqnozu sabitdən müsbətə yüksəldilib.

Hesabatda Qazaxıstan iqtisadiyyatında davam edən struktur inkişafının və iqtisadiyyatın müxtəlifliyini gücləndirmək səylərinin Moody's qərarında təsirli olduğu və ölkənin regionda nəqliyyatda körpü rolunu oynamasının iqtisadiyyatı gücləndirdiyi qeyd edilib.

Hesabatda ölkənin güclü maliyyə strukturunun, aşağı borcunun və yüksək ehtiyatlarının əhəmiyyəti vurğulanaraq, Qazaxıstanda davam edən islahat prosesinin və institutlaşmanın sözügedən qərara müsbət təsir etdiyi bildirilib.

  • Əvvəlki

    S&P 500 indeksi daha 5 faiz azala bilər

Digər xəbərlər