USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın enerji şirkətlərinin gəlirləri üçüncü rübdə azalıb

27.10.2023 İqtisadiyyat
0 0
ABŞ-ın enerji nəhənglərindən olan ExxonMobil-in mənfəəti bu ilin üçüncü rübündə 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 54 faiz azalaraq 9,1 milyard dollara, Chevron-un mənfəəti isə təxminən 42 faiz azalaraq 6,5 milyard dollara düşüb.

ExxonMobil və Chevron enerji şirkətləri iyul-sentyabr ayları üçün balans hesabatlarını açıqlayıblar. Müvafiq olaraq, ExxonMobil-in mənfəəti üçüncü rübdə illik bazda yüzdə 53,9 azalaraq 9,1 milyard dollara düşüb. Exxon Mobil, Rusiyanın Ukraynada başladığı müharibədən sonra neft və təbii qaz qiymətlərinin artdığı 2022-ci ilin üçüncü rübündə 19,7 milyard dollar mənfəət əldə etdiyini açıqlayıb.

Enerji nəhənginin 2022-ci ilin üçüncü rübündə 4,68 dollar olan səhm başına xalis mənfəəti bu ilin eyni dövründə 2,25 dollara düşüb.

ExxonMobil-in mənfəəti üçüncü rübdə əvvəlki rüblə müqayisədə 15 faiz artıb, çünki neftin qiyməti yenidən artıb.

Chevron-un mənfəəti təxminən 42 faiz azalıb

ABŞ-ın ən böyük neft istehsalçılarından biri olan Chevron-un mənfəəti üçüncü rübdə illik bazda təxminən 42 faiz azalaraq 6,5 milyard dollara düşüb. Şirkət 2022-ci ilin eyni dövründə 11,2 milyard dollar mənfəət əldə edib.

“Chevron”un keçən ilin üçüncü rübündə 5,78 dollar olan səhm üzrə xalis mənfəəti bu ilin eyni dövründə 3,48 dollara düşüb.

Şirkətin mənfəəti üçüncü rübdə əvvəlki rüblə müqayisədə təxminən 9 faiz artıb.