USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Misirin bəyanatı Avropada qazın qiymətini artırıb

30.10.2023 İqtisadiyyat
0 0
Dünən Misirin qaz idxalının dayandırıldığını elan etməsindən sonra Avropada qaz qiymətləri həftəyə tədarük təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbiylə artımla başlayıb.

Avropanın ən böyük dərinliyinə sahib Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də dekabr ayı fyuçers müqavilələrinin qiyməti bağlanışla müqayisədə yüzdə 6,7 artaraq meqavat saat üçün 53,9 avroya çatıb.

Xatırladaq ki, İsrail-Fələstin münaqişəsinin başlamasından sonra qalxmağa başlayan qiymətlər sonuncu dəfə oktyabrın 13-də yüksəlib.

Dünən Misirin qaz idxalının dayandığını elan etməsindən sonra tədarük təhlükəsizliyi ilə bağlı narahatlıqlar bu həftə artan qiymətlərdə təsirli olub.

Münaqişələrin güclənməsindən sonra İsrail ABŞ-ın “Chevron” enerji şirkətindən Şərqi Aralıq dənizində “Chevron”un idarə etdiyi Tamar qaz yatağında hasilatı dayandırmağı tələb edib. Misir sözügedən yataqdan əhəmiyyətli miqdarda qaz idxal edirdi.

Misir, xüsusilə keçən il təsirini hiss edən enerji böhranı ilə birlikdə Avropaya mayeləşdirilmiş təbii qaz idxalını xeyli artırıb.