ABŞ insan hüquqlarının pozulması səbəbindən Uqanda, Qabon, Niger və Mərkəzi Afrika Respublikasını rüsumsuz ticarət proqramından çıxarmaq qərarına gəlib.
ABŞ prezidenti Co Bayden ABŞ Konqresinin Nümayəndələr Palatasına ünvanladığı məktubda 4 Afrika ölkəsinin 2024-cü ilin əvvəlindən etibarən “Afrika İnkişaf və Fürsət Aktı (AGOA)”dan faydalana bilməyəcəyini bildirib.
Bayden, qərarın Uqanda, Qabon, Niger və Mərkəzi Afrika Respublikasında müşahidə edilən ciddi insan haqları pozuntuları və qanunun aliliyi, işçilərin hüquqları və plüralizm kimi sahələrdə irəliləyişin olmaması səbəbindən verildiyini söyləyib.
Son vaxtlar Niger və Qabonda hərbi çevrilişlər baş versə də, Uqanda homoseksuallara və homoseksuallığı təşviq edənlərə qarşı həbsi nəzərdə tutan qanunu qəbul edərkən ABŞ-ın diqqətini çəkib.
AGOA proqramı bir çox Afrika ölkələrinə öz məhsullarını ABŞ-a rüsumsuz çatdırmaq imkanı verir.
Burkina Faso, Mali və Qvineya əvvəllər çevrilişlərə görə bu proqramdan çıxarılmışdı.