USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avrozonada inflyasiya gözləntilərin altında olub

31.10.2023 İqtisadiyyat
0 0
Avro Bölgəsində İstehlak Qiymətləri İndeksi oktyabr ayında illik bazda yüzdə 2,9 artdı. Bazar gözləntiləri illik inflyasiyanın 3,1 faiz olacağı idi.

Avropa Statistika İdarəsi (Eurostat) Avrozonada oktyabr ayı üzrə aparıcı inflyasiya məlumatlarını dərc edib. Məlumata görə, Avro Bölgəsində sentyabrda yüzdə 4,3 olan illik inflyasiya oktyabrda yüzdə 2,9 olaraq müəyyən edilib.

Avrozonada TÜFE oktyabr ayında bir əvvəlki ayla müqayisədə yüzdə 0,1 artıb. Bazar gözləntiləri Avrozonada illik inflyasiyanın oktyabr ayında 3,1 faiz olacağı idi.

İllik inflyasiya məlumatlarının bazar gözləntilərinin altında qalması diqqət çəkib.

İnflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, ən yüksək illik inflyasiya 7,5 faizlə qida, spirt və tütün məmulatlarında olub. Ərzaqdan sonra 4,6 faizlə xidmətlər, 3,5 faizlə qeyri-enerji sənaye məhsulları gəlirsə, enerji məhsulları 11,1 faiz azalıb.

Aİ-yə uyğun məlumatlara görə, oktyabr ayında inflyasiya Slovakiyada yüzdə 7,8, Xorvatiyada yüzdə 6,7, Sloveniyada yüzdə 6,6, Estoniyada yüzdə 5, Avstriyada yüzdə 4,9, Fransada yüzdə 4,5, İspaniyada yüzdə 4,5 olaraq təyin olunub.