USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Toyota-dan son 4 ildə ən yüksək qlobal istehsal

01.11.2023 İqtisadiyyat
0 0
Toyota Motor bu ilin aprel-sentyabr dövründə son 4 ilin ən yüksək qlobal istehsalına nail olub.

Yarımkeçirici təchizatı bərpa edildikdən sonra avtomobil istehsalçıları istehsal və satışlarını sürətləndirirlər.

Toyota-nın açıqlamasına görə, yapon istehsalçısı 2023-cü ilin aprel-sentyabr aylarında son 4 ilin ən uğurlu istehsal məlumatlarına nail olub.

Buna görə şirkətin qlobal avtomobil istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 12,8 artaraq 5,06 milyona çatıb.

Toyota 6 ayda dünya miqyasında 5,17 milyon avtomobil sataraq, bu günə qədərki ən yüksək satışını əldə edib.

Avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artıb. Yarımkeçirici təchizatındakı bərpa artımlara müsbət təsir göstərmişdir.

Daxili satışlar yüzdə 33,8 artaraq 790 min 168 ədəd olarkən, xaricə satışlar yüzdə 5,5 artaraq 4,38 milyona yüksəlib.