USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya bərk buğdanın ixracına qadağa qoyub

01.11.2023 İqtisadiyyat
0 0
Rusiya Kənd Təsərrüfatı Nazirliyi makaron istehsalında istifadə edilən Durum buğdasının ixracına müvəqqəti qadağa qoyulmasını təklif edib. Türkiyə Rusiyadan ən çox bərk buğda idxal edən ölkələr sırasındadır.

Nazirlik hökumətə bu il dekabrın 1-dən 2024-cü il mayın 31-dək bərk buğdanın ölkədən ixracına qadağa qoyulmasını təklif edib.

Nazirlik tərəfindən hazırlanan və hüquqi tənzimləmə layihələri portalında dərc edilən qərarda hərbi hissələrin tələbatının ödənilməsi üçün tranzit daşımalar və hökumətlərarası sazişlər çərçivəsində humanitar yardım məqsədilə buğda tədarükü bu qadağaya istisna kimi göstərilib.

Həmçinin, qadağanın Belarus, Abxaziya və Cənubi Osetiyaya buğda ixracına şamil edilməməsi xahiş olunur.

Rusagrotrans-ın ilkin məlumatlarına görə, Rusiya oktyabrda 5 milyon ton buğda ixrac edib ki, bu da 2022-ci ilin analoji dövrünün tədarük həcmini (4,88 milyon) ötüb.