USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin 35 min dollardan yuxarıdır

02.11.2023 İqtisadiyyat
0 0
Ən çox yayılmış kriptovalyuta olan Bitcoin, FED-in faiz qərarından sonra 35 min dolları keçdi. Faiz qərarından sonra 35 min 700 dollar səviyyəsinə çatan kriptovalyuta hazırda 35 min 250 dollar səviyyəsindədir.

Oktyabr ayına 28 min dolların altında girən bitkoin, ayı 34 min 500 dollarla tamamladı. Noyabrın ilk günündə oxşar səviyyədə olan bitkoin, FED-in faiz qərarından sonra yüksəlməyə başlayıb.

Faiz qərarından sonra 35 min 700 dollar səviyyəsinə çatan kriptovalyuta hazırda 35 min 250 dollar səviyyəsindədir.

12 noyabr 2021-ci ildə 64.400 dollara çatan bitkoin bu səviyyədən sonra ucuzlaşmağa başlayıb. Fasilələrlə yüksəlsə də, 2022-ci ilin noyabrında 16 min dolların altına düşüb və uzun müddət 20 min dolların altında qalıb.

2023-cü ilin əvvəlindən enişli-yoxuşlu olsa da, 20 min dolları keçib. 2023-cü ilin aprelində qısa müddətə də olsa 30 min dolları keçib.

2023-cü ilin iyul ayında ümumilikdə 30 min dolların üzərində olan bitkoin avqustun ortalarından etibarən ucuzlaşmağa başlayıb. Sentyabrın 11-də 25 min dollardan aşağı düşüb.