İBB sədri İmamoğlu İstanbulu təhdid edən quraqlığa diqqət çəkdi. Meqapolisin ciddi quraqlıqla üzləşdiyini vurğulayan İmamoğlu İstanbullulara səsləndi: "Sizi su qənaətini ciddi şəkildə həyata keçirməyə dəvət edirəm".
İstanbul Böyükşəhər Bələdiyyə sədri (İBB) Əkrəm İmamoğlu şəhərin ciddi quraqlıqla üzləşdiyini bildirib və istanbulluları quraqlıqla mübarizəyə dəstək olmağa çağırıb.
Sosial mediada video paylaşan İmamoğlu, "İstanbul ciddi quraqlıqla qarşı-qarşıyadır. İSKİ su itkisi və sızmasının qarşısını almaqda nəticələr əldə edib. İstanbulluları bu mübarizədə bizimlə olmağa və su qənaətini ciddi şəkildə həyata keçirməyə dəvət edirəm" deyib.