USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə minimum əmək haqqı qalxacaq

06.11.2023 İqtisadiyyat
0 0
Türkiyədə milyonlarla insanın həyatını yaxından maraqlandıran minimum əmək haqqı ilə bağlı bəzi rəqəmlər qeyd olunmağa başlayıb. Gözlənti 40-50 faiz aralığındadır. İnflyasiya proqnozuna görə artım yüzdə 40 olarsa, minimum əmək haqqı 4 min 560 lirə artaraq 15 min 962 lirə olacaq.

Minimum əmək haqqının artırılması təkcə minimum əmək haqqı alanlara deyil, həm də işəgötürənlərə, Ümumi Tibbi Sığortası olanlara, əlavə sığorta ödəyənlərə və işsizlik müavinəti alanlara aiddir. Bu artım həm də özəl sektor və dövlət işçiləri üçün yeni il artımını müəyyən edir.

Minimum əmək haqqı insanın qida, geyim, sığınacaq və istilik kimi ən əsas ehtiyacları üçün ödənilən ən aşağı əmək haqqıdır. Bu rəqəm işçilərin, işəgötürənlərin və hökumətin təmsil olunduğu Minimum Əmək haqqı Komissiyası tərəfindən müəyyən edilir. Milyonlar səbirsizliklə minimum əməkhaqqının artırılmasını gözlədiyi halda, komissiya dekabrın əvvəlində toplaşacaq.

15 min lirədən yuxarı olduğu vurğulanır

Komissiya iclaslarında alıcılıq qabiliyyəti pariteti müzakirə edildiyindən, inflyasiyanın artımı minimum əmək haqqının da artımını şərtləndirir.

Mərkəzi Bankın 65 faizlik il sonu inflyasiya proqnozuna görə, 6 aylıq inflyasiyanın 38 faizə yaxın olacağı gözlənilir.

  • Əvvəlki

    Mərkəzi Bankın inflyasiya qiymətləndirməsində qida, təbii qaz və kirayə qiymətləri vurğulanır

Digər xəbərlər

06.02.2025 İqtisadiyyat
Mərkəzi Bankda yeni TƏYİNATLAR
0 0
06.02.2025 İqtisadiyyat
Pensiya artımları necə hesablanacaq?
0 0
06.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0