USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tesla ucuz avtomobillər istehsal etməyə başlayır

06.11.2023 İqtisadiyyat
0 0
ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla Almaniyadakı fabrikində ucuz elektrik avtomobilləri istehsalına başlayacaq.

Reuters-də yer alan xəbərə görə, Tesla Almaniyada ucuz elektrik avtomobilləri istehsalına başlayacaq. Xəbərə görə, mövzu ilə bağlı məlumatlı mənbələr Teslanın Berlin yaxınlığındakı Grünheide fabrikində 25 min avro dəyərində elektrik avtomobilləri istehsal edəcəyini bildirib.

Mənbələr istehsalın nə vaxt başlayacağı ilə bağlı məlumat verməyib. Tesla-nın baş direktoru Elon Musk Berlin yaxınlığındakı Qrünheidedəki Tesla zavodunu ziyarət edib. Buradakı görüşdə Mask 25 min avro dəyərində avtomobil istehsal etmək planından danışıb.

Musk 2020-ci ildə verdiyi açıqlamada Teslanın yeni inkişaf etdirdiyi akkumulyator sayəsində üç il ərzində 25.000 dollara satılacaq avtomobil istehsal edəcəyini açıqladı. Tesla-nın elektrikli nəqliyyat vasitələrini daha geniş kütlə üçün əlçatan etmək bacarığı, 2030-cu ildə 20 milyon avtomobil çatdırmaq məqsədi üçün vacibdir.

Bununla belə, iqtisadiyyatlardakı yavaşlama və yüksək faiz dərəcələri elektrikli avtomobillərə olan tələbi vuraraq, Tesla və bir çox başqa markanın son aylarda satışları artırmaq üçün qiymətləri aşağı salmasına səbəb olub.

  • Əvvəlki

    AccessBank yeni konseptli növbəti filialını təqdim etdi

Digər xəbərlər

06.02.2025 İqtisadiyyat
Lirə bahalaşdı
0 0
06.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
06.02.2025 İqtisadiyyat
Azərbaycan nefti 2%-dən çox ucuzlaşıb
0 0