Türk Hava Yolları (THY) rəhbərliyi tarixinin ən böyük təyyarə sifarişi üçün İstanbulda Airbus rəsmiləri ilə görüşüb.
Hazırda 'dünyanın ən çox ölkəsinə uçan hava yolu şirkəti' ünvanına sahib olan THY, 435 təyyarədən ibarət parkına yenilərini əlavə etmək üçün səylərini davam etdirir.
Avropanın ən gənc və ən müasir donanmasına sahib olmaq məqsədi ilə səylərini sürətləndirən THY rəhbərləri İstanbulda Airbus rəsmiləri ilə görüşüb.
Yığıncaqda THY-nin almağa qərar verdiyi 10 ədəd A350-900 təyyarəsinə əlavə olaraq; 75 A350-900, 15 A350-1000, 5 A350F yük təyyarəsi və 250 A321 NEO təyyarəsi də daxil olmaqla, ümumilikdə 355 təyyarənin alınması üçün Airbus rəsmiləri ilə məsləhətləşmələr aparılıb.
Mühərrik istehsalçısı Rolls-Royce rəsmiləri ilə də A350 təyyarələri üçün mühərrikə texniki xidmət və ehtiyat mühərriklərin göstərilməsi üçün danışıqlar aparılıb.