USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə və KRG neft ixracı ilə bağlı razılığa gəlib

13.11.2023 İqtisadiyyat
0 0
İraqın neft naziri Hayyan Əbdülqəni İraq Kürd Regional Rəhbərliyi (KRG), neft şirkətləri və Türkiyə ilə İraqdan Türkiyəyə neft ixracının yenidən başlaması üçün razılıq əldə ediləcəyini açıqlayıb. ​

Neft naziri Əbdülqəni və onu müşayiət edən heyət aylardır dayandırılan neft ixracı məsələsini müzakirə etmək üçün Ərbildə KRG baş naziri Məsrur Bərzani ilə görüşüb.

İraq Neft Nazirliyindən verilən yazılı açıqlamada, səfərin KRG-dəki yataqlardan neft ixracı və hasilat fəaliyyətlərinin bərpası ilə bağlı danışıqların davamı olduğu qeyd edilib.

Bəyanatda bildirilir ki, İraq hökuməti “bölgədəki yataqlardan neft hasilatının və ixracının bərpası üçün müvafiq mexanizmlər tapmağa hazırdır”.

KRG Baş Nazirliyindən verilən açıqlamada, Baş nazir Bərzaninin neft ixracının dayandırılmasının maliyyə zərərinə səbəb olduğu və ixracı yenidən başlatmağa hazır olduqları barədə açıqlamaları yer alıb.

Nazir Əbdülqəni Ərbildə yerləşən Rudaw-a verdiyi açıqlamada ilk olaraq KRG və oradakı şirkətlərlə neft hasilatının bərpasını müzakirə edəcəklərini və bu prosesdə “iki-üç gün ərzində” razılığa gəlməyə ümid etdiklərini bildirib.

  • Əvvəlki

    THY tarixinin ən böyük təyyarə alışına hazırlaşır

Digər xəbərlər