USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC neft hasilatı oktyabrda artıb

13.11.2023 İqtisadiyyat
0 0
OPEC-in xam neft hasilatı oktyabrda əvvəlki ayla müqayisədə gündəlik 80 min barrel artaraq 27,9 milyon barrelə çatıb.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq neft bazarı hesabatına əsasən, hasilatda ən yüksək artım Anqola, İran və Nigeriyada, hasilat isə Liviya, Səudiyyə Ərəbistanı və Küveytdə azalıb.

Gündəlik neft hasilatı Anqolada 51 min barel, İranda 46 min barel, Nigeriyada 17 min barel artıb. Liviya və Səudiyyə Ərəbistanında hasilat 26 min barel, Küveytdə isə 24 min barel azalıb.

Oktyabrda OPEC-in xam neft hasilatının qlobal hasilatdakı payı 27,5 faiz olaraq qeydə alınıb.

OPEC-ə daxil olmayan ölkələrin hasilatı eyni dövrdə gündəlik təxminən 200 min barel artaraq 73,7 milyon barelə çatıb. Bu artımda Norveç və OECD Amerika ölkələri başçılıq etdiyi halda, Rusiya və Braziliyada istehsal azalıb.

Buna görə qlobal neft hasilatı oktyabr ayında bir əvvəlki aya görə gündəlik 270 min artaraq təxminən 101,6 milyon barrel oldu.

Dünyada neft qazma quyularının sayı ötən ay 18 artaraq 1848-ə çatıb. Qazma qurğularının sayı OPEC ölkələrində 8 ədəd, qeyri-OPEC ölkələrində isə 10 ədəd artıb.

  • Əvvəlki

    Scholz: Mən Ərdoğanla görüş üçün uzun bir siyahı hazırladım

Digər xəbərlər

16.01.2025 İqtisadiyyat
Lirənin məzənnəsi
0 0
16.01.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
16.01.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0